Endirim! Coke bali Ən çox baxılanlar

Cökə balı

Yeni

Cökə balı müalicəvi xüsusiyyətləri baxımından ən qiymətli və faydalı bal çeşidlərindən biridir. Cökə ağacının çiçəklərindən toplanan bu bal növü açıq sarımtıl rəngə və özünəməxsus zərif ətrə malikdir.

Daha çox məlumat

1407 Ədəd

Bu məhsul üzrə siz maksimum 94 bonus toplaya bilərsiniz. Səbətinizdəki məhsul nəzərə alınmaqla sizin kupona. 94 bonus köçürüləcək. Kupona əlavə olunacaq məbləğ - 9,40 AZN.


23,95 AZN

-1,05 AZN

25,00 AZN

  • 0.5 kq (350 qr banka)
  • 0.9 kq (720 qr banka)
  • 4.5 kq (1 balon)

Favoritlərə əlavə edin

Məlumat cədvəli

Tərkibi 40% fruktoza, 36% qlükoza, mineral duzlar və amin turşuları, E, K və B qrup vitaminlər
Kim üçün faydalıdır? Hər kəs
Yan təsirləri Allergik insanlara qəbul etmək tövsiyə edilmir. Həmçinin yüksək hərarət zamanı istifadəsi qadağandır. Şəkərli diabet xəstələrinə, habelə qaraciyər xəstəlikləri zamanı, piylənmə və artıq çəki hallarında minimum dozada qəbul etməyə icazə verilir.
İstifadə dozası Gün ərzində böyüklər maksimum 150 qr. 1 yaşdan yuxarı uşaqlar isə maksimum 30-50 qr. dozada qəbul edə bilər.

Daha çox məlumat

Müalicəvi xassələri:

Cökə balı bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Yüksək kalorisi sayəsində (100 q - 300 kkal) immuniteti gücləndirərək, beyin və əzələlərin fəaliyyətini yaxşılaşdırır. Ümumiyyətlə, Cökə balı çox yüngül bal növü olduğu üçün tez həzm olunur və mədədə ağırlıq hiss olunmur. 

Qrip və soyuqdəymə, böyrək və öd kisəsindəki daşlar, mədə xoraları və qastrit, yanıqlar, irinli yaralar, ekzema, xroniki yorğunluq sindromu və yuxu problemi zamanı istifadə olunur.

Xüsusilə uşaqlarda rast gəlinən qızılca və kabakulak (svinka) xəstəliyi zamanı qəbul edilir.  

İstifadə qaydası:

Süd, çay və ya su ilə qarışdırılaraq qəbul edilə bilər. Maye nə qədər qaynar olarsa, balın müalicəvi xüsusiyyətləri itəcək. Ona görə də ilıq-isti maye ilə qarışdırılmağı tövsiyə edilir.

Burun-boğaz xəstəlikləri zamanı balı ağızda tam əriyənədək saxlamaq lazımdır. Bu zaman bal bütün infeksiyaları məhv edir. Həddindən artıq fəallıq və yuxusuzluq zamanı Cökə balı ilə isti vanna qəbul edilir. Yatmadan öncə 1 stəkan balla qarışdırılmış isti-ilıq su içmək yuxu gətirir.

Rəylər

Hal hazırda heç bir şərh yoxdur

Rəy yazın

Cökə balı

Cökə balı

Cökə balı müalicəvi xüsusiyyətləri baxımından ən qiymətli və faydalı bal çeşidlərindən biridir. Cökə ağacının çiçəklərindən toplanan bu bal növü açıq sarımtıl rəngə və özünəməxsus zərif ətrə malikdir.

Rəy yazın