İNSAN RESURSLARI SİYASƏTİ

İnsan resursları şirkətimizin ən önəmli resurslarından biridir. Xüsusilə qeyd etmək istərdik ki, şirkətimizin strategiyasında prinsipial olaraq cavan kadrlara üstünlük verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, şirkət olaraq onların fərdi və peşəkar inkişafını təmin etməklə yanaşı, karyerada inkişaf imkanlarının yaradılmasını dəstəkləyirik. Şirkətimizdə insan resurslarının inkişaf etdirilməsi istiqamətində mütəmadi şəkildə təlimlərin keçirilməsi və motivasiya proqramlarının tətbiq olunması planlaşdırılmışdır.