BALLI PİROQ

06_1.jpg

TƏRKİBİ:

3/4 stəkan - duru yağ

1/2 stəkan - su

4 qaşıq - hər hansısa mürəbbə

3/4 stəkan - şəkər tozu

1 paket - vanil

4 çay qaşığı - Mr. Bee balı

3 - yumurta

1 + 2/3 stəkan - un

1 paket - qabartma tozu

1 çay qaşığı - kakao tozu

1 çay qaşığı - soda 

HAZIRLANMASI:

Balaca qazanda su və yağ qaynadılır. Böyük qabda mürəbbə, Mr. Bee balı, şəkər tozu qarışdırılır. Üzərinə qaynadılmış su və yağ qarışığı əlavə olunur. Bir az soyudulur.

01 (1)_1.jpg

Qarışığa vanil, yumurta əlavə olunur və çalınır.

02 (1)_1.jpg

Sonda un, qabartma tozu, kakao və soda əlavə olunur. Hamısı bir yerdə yaxşı - yaxşı qarışdırılır. 

03_1.jpg

Forma yağlanır və qarışığın içinə əlavə olunur. Əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 50-55 dəqiqəyə hazır olur. Çöplə yoxlamaq lazımdır, quru çıxarsa hazırdır. 

04 (5).jpg

Bəzək üçün 3 çay qaşığı şəkər tozunu 1 çay qaşığı su ilə qarışdırıb piroqun üzərinə aşağıdakı  kimi tökmək olar.

05 (1)_1.jpg








NUŞ OLSUN!