BALLI PEÇENYE

TƏRKİBİ (40 ədəd üçün): 

2 ədəd - yumurta

150 - 200 qram - şəkər tozu

1 xörək qaşığı - Mr. Bee balı

50 qram - kərə yağı və ya marqarin

2 çay qaşığı - qabartma tozu və ya

1 çay qaşığı - soda

300 - 350 qram - un 

gavalı və ya ərik qurusu

qoz 

HAZIRLANMASI:

Gavalı qurusunu isti suda 30 dəqiqə isladın:

Yumurtanı şəkər tozu ilə çalın. Mr. Bee balı əlavə edib yaxşıca qarışdırın. Yağ və qabartma tozu əlavə edib qarışdırın:

Bunu qazanın içinə töküb su hamamına qoyun. Kütlə iki dəfə qabaranadək qızdırın. Ocaqdan götürüb azca soyudun:

Sonra un əlavə edib bərk olmayan xəmir yoğurun:

Gavalının içinə qoz ləpəsinin yarısını qoyun:

Xəmirdən xırda kündə tutub yastılayın, ortasına həmin gavalını qoyun:

Sonra xəmirin qıraqlarını örtüb qoz boyda kürəcik düzəldin:

Sininin içinə perqament döşəyin, ya da yağlayın, kürəcikləri düzün. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Hazır peçenyeni şokolada batıra bilərsiniz. Yaxud da üzərini ballı-qozlu qlazurla örtə bilərsiniz. Bunun üçün 5-7 xörək qaşıq balı qızdırın. 70-100 qram qozu xırda doğrayın. Peçenyeni isti bala, sonra isə qoza batırın:









NUŞ OLSUN!