BALLI BANANLI PEÇENYE

06 (3).jpg

TƏRKİBİ:

1 ədəd - banan

2 xörək qaşığı - Mr. Bee balı

1 stəkan - şəkər tozu

3 - 4 stəkan - un

1 çay qaşığı - yumşaldıcı

HAZIRLANMASI:

Bananı çəngəllə əzin. Əzilmiş bananın üzərinə şəkər tozu və Mr. Bee balı əlavə edib, sobanın üzərində buğa verin. Sonra üzərinə yumşaldıcı (xəmir üçün) qatıb, qarışdırın. Hazırladığınız kütlə köpüb ağarana qədər, buğun altından çıxarmaq lazımdır. Soyumuş kütlənin üzərinə ələkdən keçirilmiş unu səpib, xəmir yoğurun. Sonra xəmiri 6-8 mm ölçüsündə yayıb, kəsmək üçün müxtəlif fiqurlardan istifadə edin. Ulduz, romb, ürək formasında kəsin.

Sonra listə bir az su çiləyəndən sonra, peçenyeləri yerləşdirin. Hər peçenyenin üzərinə bir az su gəzdirib, şəkər tozu səpin.

Peçenyeni sobada 7-10 dəqiqə ərzində qızarana qədər bişirin. Peçenye tez bişir, çox saxlamayın, yana bilər.






NUŞ OLSUN!