BALLI LİMONLU PİROQ

01 (6).jpg

TƏRKİBİ:

2 ədəd - yumurta

200 qram - şəkər tozu

3 xörək qaşığı - Mr. Bee balı

200 qram - kərə yağı və ya marqarin

1 ədəd - limonun qabığı

1 çay qaşığı - soda  və ya

1 paket - qabartma tozu

2 - 3 stəkan - un

0.5 banka - qatılaşdırılmış süd

100 qram - qoz ləpəsi

HAZIRLANMASI:

Yumurta şəkər tozu ilə 5-10 dəqiqə çalınır. Mr. Bee balı və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edilir və qarışdırılır. Soda əlavə edilir. Əvvəlcədən əridilmiş yağ tökülür və qarışdırılır.

Un əlavə edilib qaşıqla qarışdırılır. Xəmir duru olmamalıdır. Yağlanmış formaya tökülür və 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir. Xəmirin bişməsini içinə kibrit çöpünü batırmaqla bilmək olar. Əgər çöp quru çıxarsa bişmişdir deməkdir.

Bişmiş piroqun üzərinə qatılaşdırılmış süd sürtülür və xırda doğranmış qoz ləpəsi səpilir.

 






NUŞ OLSUN!