BALLI QOZLU KEKS

TƏRKİBİ:

2 ədəd - yumurta

100 qram - şəkər tozu

1 stəkan - süd

100 qram - duru yağ

2 stəkan - un

2 xörək qaşığı - Mr. Bee balı

1 paket - qabartma tozu

100 qram - iri çəkilmiş qoz

HAZIRLANMASI:

Yumurtaları və şəkər tozunu mikserlə ağarana qədər çırpın. Südü, Mr. Bee balı və yağı əlavə edib çırpın. Unu və qabartma tozunu yavaş -yavaş əlavə edərək çırpın. İri çəkilmiş qozu da qarışdırıb xəmiri yağlanmış keks qabına boşaldın. 170 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin.

Qeyd: Zövqə görə darçın da əlavə edə bilərsiz.






NUŞ OLSUN!