BALLI QLAZURLU PRYANİKLƏR

TƏRKİBİ:

7 xörək qaşığı - şəkər tozu

4 - 5 xörək qaşığı - Mr. Bee balı

50 qram kərə - yağı və ya marqarin

2 ədəd - yumurta

400 qram - un

1 çay qaşığı - qabartma tozu  və ya

0.5 çay qaşığı - söndürülmüş soda

Şəkərli qlazur

HAZIRLANMASI:

Mr. Bee balı, şəkər tozu və yağı qazanda qarışdırın, ocağın üstünə qoyun, qaynara düşəndə götürün.

01 (3).jpg

Soyudun, yumurta vurub qarışdırın.

02%20(2).jpg

Qabartma tozu və un vurub xəmir yoğurun.

03 (1).jpg

Xəmiri 0.5 sm qalınlıqda yayın, müxtəlif fiqurlar kəsin. Sinini yağlayın, yaxud perqament döşəyin. Pryanikləri üstünə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

05 (2).jpg

Hazır pryanikləri qaynar qlazura batırıb boşqaba düzün, qurumasını gözləyin.

06%20(1).jpg 07.jpg



ŞƏKƏRLİ QLAZURUN HAZIRLANMA QAYDASI

TƏRKİBİ:

01 (4).jpg

500 qram - şəkər pudrası

7 - 8 xörək qaşığı - sirop (limonlu daha yaxşıdır)

qida boyaları

HAZIRLANMASI:

Şəkər pudrası ilə siropu qarışdırın, zəif odun üzərinə qoyun.

02 (3).jpg

Qarışdıra-qarışdıra, qlazur qaşığa hərtərəfli bərabər qaydada yapışmağa başlayana qədər bişirin (təxminən 5-7 dəqiqə).

03 (2).jpg

Hazır olandan sonra qida boyaları vurub qarışdırın (istəyə görə).

04 (1).jpg








NUŞ OLSUN!