BALLI İRİS

balli_iri.jpg

TƏRKİBİ:

300 qram - şəkər tozu

120 qram - Mr. Bee balı

120 qram - kərə yağı

250 ml - yağlı xama, yaxud qaymaq

HAZIRLANMASI:

Mr. Bee balı və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.

balli_iri2.jpg

Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.

balli_iri1.jpg

Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın. Sininin içinə perqament döşəyin. Üstünə yağ çəkin, sonra isə irisi içinə tökün.

balli_iri3.jpg

Bir qədər soyuyandan sonra kvadratlara bölün. Tam soyudun.

balli_iri4.jpg

Həmçinin yağla birlikdə 50 qram əridilmiş şokolad da əlavə edə bilərsiniz. O zaman şokoladlı iris alınacaq. Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz.

balli_iris1.jpg









NUŞ OLSUN!