BALLI QOZLU PEÇENYE

Bu peçenye uşaqların çox xoşuna gələcək. Müxtəlif qoz-fındıqdan istifadə etmək olar (qoz, fındıq, badam, keşyu və s.).



TƏRKİBİ:

200 qram - kərə yağı

2 - 3 xörək qaşığı - şəkər tozu

0.5 stəkan - Mr. Bee balı

1 paket - qabartma tozu

1 ədəd - yumurta

2.5 stəkan - un

0.5 stəkan - qoz-fındıq

şəkər kirşanı (peçenyenin üzərinə tökmək üçün).

HAZIRLANMASI:

Qoz-fındığı tavada bir qədər qızardın, sonra xırda doğrayın. Yumşaq yağı şəkər tozu ilə yaxşı qarışdırın. Üzərinə Mr. Bee balı və yumurta əlavə edin və yenə də yaxşı qarışdırın. Ayrı qabda unu qabartma tozu ilə qarışdırın və yağlı-yumurtalı kütləyə əlavə edib xəmir yoğurun (xəmir yumşaq alınmalıdır). Xəmiri plyonkaya bükün və 20 - 30 dəqiqəyə buzxanaya qoyun.

Xəmiri 2 hissəyə bölün, tikələr kəsin. Xəmiri peçenye formasına salın, xırdalanmış qoz-fındığa batırın. Peçenye xüsusi perqament kağızı sərilmiş tavaya düzün və sobada 180 C - də təxminən 15 dəqiqə ərzində bişirin. Peçenye soyandan sonra onun üzərinə şəkər kirşanı səpin.


NUŞ OLSUN!