BALLI BİSKVİT

Hazırlanması asan olan həm yüngül, həm də təbii Mr. Bee balının gözəl ətri biskviti inanılmaz dadlı edir.

TƏRKİBİ:

6 ədəd - yumurta

160 qram - şəkər tozu 

2 çay qaşığı - Mr. Bee balı

190 qram - un



HAZIRLANMASI:

Yumurta, şəkər tozu və Mr. Bee balını həcmi ikiqat artana qədər çırpın. Tədricən unu əlavə edib taxta qaşıqla aşağıdan yuxarıya hərəkətlərlə qarışdırın. Yağlı kağız sərilmiş formaya xəmiri tökün və qaşıqla səthi hamarlaşdırın. 180 dərəcəli sobada qızaranadək bişirin.

Soyumuş biskviti formadan çıxarıb 2 hissəyə bölün və arasına qatılaşdırılmış süd yaxın. Daha yaxşı dad vermək üçün kərə yağı və ya xama ilə qatılaşdırılmış süd əlavə edə bilərsiniz.

09 (2).jpg

Biskvitin üstünə istəyə görə şokoladlı qlazur yaxıb və doğranmış qozla bəzəyə bilərsiniz.








NUŞ OLSUN!