BALLI XAMALI TORT

TƏRKİBİ:

Xəmir üçün:

2 xörək qaşığı - Mr. Bee balı 

2 xörək qaşığı - kərə yağı

2 ədəd - yumurta 

2 çay qaşığı - soda

1 stəkan - şəkər tozu

4 stəkan - un

Krem üçün:

1 banka - xama (70-100 qram )

1 stəkan - şəkər tozu









HAZIRLANMASI:

Xəmir üçün tələb olunan bütün ərzağı (undan başqa) qarışdırıb su hamamına qoyun. Eynicinsli kütlə alınanadək qarışdırın, sonra tədricən 2 stəkan unu əlavə edib, qaynara düşmək istəyəndə ocaqdan götürün. Qarışdıra - qarışdıra soyudun.

Masanın yaxud uyğun lövhənin (çörək taxtasının) üzərinə qalan unu səpib kütləni üstünə tökün. Xəmir yoğurun. Xəmiri 6 bərabər hissəyə bölün.

Xama ilə şəkər tozunu çalın. Korjların arasına və üstünə çəkin. Tortun üzərini biskvit qırıntıları ilə bəzəyin. Bir neçə saat özünü tutması üçün saxlayın.








NUŞ OLSUN!