BALLI BADAMLI TORT

TƏRKİBİ:

Keks üçün:

3 ədəd - yumurta 

400 ml - krem

1 stəkan - şəkər tozu

1 paket - vanilli pudinq

1 paket - qabartma tozu

1 paket - vanil

Apardığı qədər un

Üzəri üçün: 

300 qram - badam 

150 qram - kərə yağı 

3 xörək qaşığı - şəkər tozu

6 - 7 qaşıq - Mr. Bee balı








HAZIRLANMASI:

Əvvəlcə keksimizi hazırlayırıq. 3 yumurta, şəkər tozu və vanil krem halına gələnə qədər çırpırıq. Üzərinə puding tozu və kremi əlavə edib qarışdırırıq. Son olaraq un və qabartma tozunu əlavə edib 2 - 3 dəqiqə çırpırıq. Yağlanmış soba nimçəsinə hazırladığımız qarışımı tökürük. İsidilmiş sobada 180 dərəcədə əvvəlcə 15 dəqiqə qədər bişiririk.

Bu vaxt üzəri üçün: tavaya kərə yağını bir az əridib üzərinə badamı əlavə edib yüngül rəngi dönənə qədər qovururuq. Son olaraq şəkəri və Mr. Bee balını əlavə 2 dəqiqə daha bişiririk. Sobada 15 dəqiqə bişən keksimizi çıxarıb çəngəl ilə hər tərəfinə bir neçə dəfə batıraraq deşirik. Üzərinə hazırladığımız ballı badamı yayıb 10 dəqiqə daha sobada bişiririk. Bir az soyuduqdan sonra doğrayıb süfrəyə xidmət edirik.









NUŞ OLSUN!