BALLI PORTAĞALLI KEKS

TƏRKİBİ:

2 ədəd - yumurta

1 stəkan - şəkər tozu

200 qram - kərə yağı və ya marqarin

1.5 xörək qaşığı - Mr. Bee balı

2 stəkan - un

1 paket - qabartma tozu

1 paket - vanil

1 - 2 ədəd - portağal (apelsin)

 

HAZIRLANMASI:

Yumurta şəkər tozu ilə 5 dəqiqə çalınır. Qabartma tozu, vanil  əlavə edilib qarışdırılır.

Mr. Bee balı əlavə edilir. Kərə yağı və ya marqarin istidə yumşaldılır (əridilir), soyuyandan sonra qarışığa əlavə edilir.

07 (2).jpg

Portağal dilimləri də xırda doğranır və əlavə edilib qarışdırılır.

13 (1).jpg

Yavaş - yavaş un əlavə edilir. Xəmir qatı smetan kimi olmalıdır.

03 (4).jpg

Keks formaları yağlanır, xəmirdən qaşıqla götürülüb formalara qoyulur. 200 dərəcədə 20-30 dəqiqə bişirilir.








NUŞ OLSUN!