BALLI PUDİNQ

TƏRKİBİ:

1 litr - süd

1 stəkan - un

0.5 stəkan - şəkər tozu

2 paket - vanil

2 ədəd - banan

1 stəkan - Mr. Bee balı

0.5 stəkan - su



HAZIRLANMASI:

Qazana süd, un, şəkər tozu və vanil alın. Orta dərəcəli odda qatılaşana qədər qarışdıraraq, bişirin. Qarışığı ocaqdan götürüb, soyuması üçün gözlədin. Bananların qabıqlarını soyub, halqa şəklində doğrayın. 

Servis qablarını su ilə yüngülcə isladın. Kasaların yarısına qədər pudinq qoyun. Üzərinə bir neçə dilim banan yerləşdirin. Kasanı dolduracaq şəkildə pudinq qoyun. Kasaları soyuducuda 2 saat gözlədin. Kasaları nimçələrə tərs çevirin. 

Bal və suyu sous qazançasına alıb, az xodda qaynadın. Ballı sous soyuduqdan sonra pudinqlərin üzərinə tökün.








NUŞ OLSUN!