Ərzaqlar

Xəmir üçün:

Yumurta - 3 Ədəd

Kərə yağı - 50 q

Şəkər tozu - 200 q

Bal - 150 q

Vanil cövhəri - 1 ç.q

Qabartma tozu - 1 ç.q

Un - 500 q

Krem üçün

Şəkər kirşanı - 150 q

Xama - 500 q

Vanil cövhəri - 1 ç.q

Bəzək üçün

Şəkərli peçenye - 150 q

Mövsümə uyğun giləmeyvə - 50 q

Şokolad və ya qoz ilə əvəz etmək olar

Hazırlanma qaydası:

1. İri qazanı su ilə doldurub odun üzərinə qoyun.

2. Kicik qazançada yumurtanı şəkər tozu ilə çalın. Çalınmış yumurtaya kərə yağı, bal və qabartmanı əlavə edib qarışdırın.

3. Qazanı su qaynayan qazanın üzərinə qoyun və qarışdıra-qarışdıra məhlulu bişirin. 15 dəqiqə ərzində məhlul 2 dəfə artmalıdır.

4. Məhlula 1 x.q un əlavə edib tam həll olunana kimi qarışdırın.

5. Qazanı oddan götürün və məhlulu soyudun. Daha sonra qalan unu əlavə edib elastik xəmir yoğurun.

6. Hazır xəmiri 8 hissəyə bölün və 20 dəq ərzində soyuducuda saxlayın.

7. Kündələri 0,5 sm. qalınlığında yaın və 180 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə qızılı rəng alana kimi bişirin.

8. Hazır korjların qıraqlarını bişdikdən sonra səliqəli kəsin və ideal dairəvi formaya salın.

9. Krem üçün yüksək yağlılığı olan xamanı şəkər kirşanı və vanil cövhəri ilə çalın.

10. Tortu yığacağınız qabın dibinə krem çəkin və korjları kremləyərək üst-üstə yığın.

11. Tortun üzərinə və qıraqlarına krem çəkin və blenderdə üyüdülmüş peçenye qırıntıları ilə örtün. Zövqə görə tortu giləmeyvə, şokolad və ya qoz ilə bəzəmək olar.

12. Tort azı 4 saat soyuducuda qalamalıdır. Daha sonra onu süfrəyə verə bilərsiniz.


A-Zcook