ŞİRKƏT HAQQINDA MƏLUMAT

Kercom logo (1)_1.pngKercom MMC şirkəti hal-hazırda bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olur.

Kercom MMC topdan satış bazarının əsas iştirakçılarından biridir. 2015-ci ilin son rübündən başlayaraq, şirkətimizin uzunmüddətli strategiyasında dəyişiklik edilərək, pərakəndə bazara daxil olması qərarı qəbul olundu. Məqsədimiz geniş əhali kütləsinə yüksək keyfiyyətli və təbii məhsulların təklif olunmasıdır. Bu istiqamətdə yeni brend - “Mr Bee” yaradıldı və hal-hazırda inkişaf etdirilir. “Mr Bee” layihəsinin məqsədi bal və arıçılıq məhsulları istehsalçısının müştərilərə birbaşa çıxışının əldə edilməsindən ibarətdir.

İstehsal fəaliyyətimiz bazara geniş çeşiddə həm bal, həm də arıçılıq məhsullarının təklif edilməsinə imkan yaradır. Bal məhsulları cərgəmizə geniş yayılmış (cökə, dağ, may və s.) növlərlə yanaşı , nadir bal növləri (şabalıd, yemişan, sarmaşıq, kəklikotu və s.) də daxildir. Arıçılıq məhsulları cərgəmizə isə arı südü, vərəmum, çiçək tozu və digər məhsullar daxildir.

Arıçılıq fəaliyyətimizin əsas prinsipləri olaraq keyfiyyət və təbiiliyi xüsusilə qeyd etmək istərdik. Bu istiqamətdə əldə etdiyimiz müxtəlif keyfiyyət sertifikatları və laboratoriya nəticələri mövcuddur. Tərəfimizdən ixrac əməliyyatlarının həyata keçirilməsi məhsullarımızın keyfiyyətli olmasının başlıca göstəricisidir.

Məhsullarımızın yüksək keyfiyyətini və təbiiliyini təsdiq edən bütün zəruri sertifikatların alınması və müvafiq yoxlamaların həyata keçirilməsinə hazır olduğumuzu bildiririk.