BAL HAQQINDA ÜMUMİ MƏLUMAT

Bal - saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida məhsuludur. 

Balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir.

Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. 

BALIN TƏRKİBİ 

Vitaminlər - B, C, E və K qrupu vitaminləri
Minerallar - qlükoza, fruktoza, dəmir, mis, kalium, kalsium, natrium, magnezium, kükürd, xlor, fosfor, silisium, alüminium, kobalt, nikel (balda ümumi mineral maddələrin miqdarı - %0.02-%1.0)
Kalori – 100 qramda 304 kalori 

BALIN ÜMUMİ FAYDALARI

Enerji verir, əzələ ağrılarını, yorğunluğu və yuxusuzluğu aradan qaldırır.
Yara və çapıqların müalicəsində faydalıdır. (Yaranın üzərinə çəkilir, 24 saatdan bir sarğı dəyişdirilir)
Kiçik ölçülü yanıqların üzərinə çəkilir, bölgədəki mikrob və bakteriyaların çoxalmasının qarşısını alaraq infeksiyanı yayılmağa qoymur.
İstifadə dozası çərçivəsində tərkibindəki fermentlər sayəsində kökəlmənin qarşısını alır. (Bal pəhrizi)
Həzm sistemi ilə bağlı problemləri, xora və qastrit, qəbizlik, mədə-bağırsaq köplərini aradan qaldırır.
İmmuniteti yaxşılaşdırır, qanda şəkəri tənzimləyir, anemiya (qan azlığı) xəstələrində qanı artırır.
iş əti xəstəlikləri, boğaz infeksiyaları və öskürəyə qarşı faydalıdır.
Damarları genişləndirərək ürəyi gücləndirir, ürək döyüntüsü, yüksək təzyiq, revmatizm xəstəliklərində qəbul edilir.
İflic (paraliç), xüsusilə də üzün iflic olmasının qarşısını alır.
Xərçəng xəstəliyinə tutulma riskini azaldır.
Zəhərlənməyə qarşı müqaviməti gücləndirir.
Çörəkotu ilə birlikdə yeyilərsə, bel ağrılarının qarşısını alır.
Limonla birlikdə yeyilərsə, soyuqdəyməyə güclü təsir edir.
Süd ilə qarışdırıldıqda ağrıları kəsir.
Balı darçınla qarışdırdıqda immuniteti qaldırır, insanlarda diqqəti toplamaq və hərəkətlilik yaxşılaşır,qanda xolesterinin miqdarını aşağı salır, nəfəs almanı yaxşılaşdırır, ürək əzələlərini möhkəmləndirir, xroniki artriti müalicə edir, saçların tökülməsi, dəri xəstəlikləri (ekzema, göbələk və ya dəri infeksiyaları), xroniki öskürək, diş ağrısı, ağızdan gələn qoxu,qrip, soyuqdəymə, eşitmənin itməsi, mədə və sümük xərçəngini müalicə edir.
Görmə qabiliyyətini gücləndirir, həmçinin “quru göz sindromu” xəstəliyi, qızartı və qaşınmaya qarşı effektiv təsir edir.
Alkoqolizmin müalicəsində mükəmməl vasitədir, bal spirti neytrallaşdırır. 

YAN TƏSİRLƏRİ

Ümumiallergik insanlara və minimum 1 yaşdan aşağı uşaqlara qəbul etmək qadağandır.
İstifadə dozasına görə - Gündə 6-7 yemək qaşığından çox bal yemək mədə spazmı, artıq çəki və ishala yol aça bilər. Tərkibində  bol miqdarda olan fruktoza isə qidaların incə bağırsaqda işlənməsinə mane olaraq qidalardan aldığınız vitamin və mineral miqdarlarının azalmasına yol aça bilər. Əgər uzun müddət gündə 6-7 yemək qaşığından çox bal yesəniz vitamin, mineral çatışmazlığı yaşaya bilərsiniz.
Körpələr üçün - Balda olan "Clostridium" adlı bakteriya 2 yaşdan aşağı körpələrdə olduqca ciddi bir qida zəhərlənməsi olan "botulizm" ə yol aça biləcəyi üçün körpələrə bal verilməməlidir. Əzələlərdə gücsüzlük, süd əmərkən çətinlik, qəbizlik kimi əlamətlər botulizmə işarə edir.