Haqqımızda

Kercom (www.kercom.az) şirkəti hal-hazırda bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğuldur. 2015-ci ildən başlayaraq şirkət bazarda Mr.Bee brendi ilə təmsil
olunur.

İstehsal fəaliyyətimiz bazara geniş çeşiddə həm bal, həm də arıçılıq məhsullarının təklif edilməsinə imkan yaradır. Bal məhsullarına geniş yayılmış növlərlə yanaşı, nadir bal növləri də daxildir. Vərəmum (Propolis), Çiçək tozu.

Mr.Bee bal və arıçılıq məhsulları Azərbaycanın bütün rayonlarından toplanır. Şirkətin Sabirabad Sənaye Məhəlləsində qablaşdırma müəssisəsi mövcuddur.
Kercom şirkəti, eyni zamanda yerli supermarket şəbəkələrində də satış nöqtələrini genişləndirməkdədir. Hazırda şirkət Azərbaycanda bal məhsulları üzrə market şəbəkələrin də satış şirkətlərin PRİVATE LABEL layihələri əsas icraçısı sayılır.

Şirkətin arıçılıq fəaliyyətinin əsas prinsipləri olaraq keyfiyyət və təbiiliyi xüsusilə qeyd etmək istərdik. Bu istiqamətdə əldə olunmuş müxtəlif keyfiyyət sertifikatları (Qida Təhlükəsizliyi Agenliyinin sertifikatı) və laboratoriya analizləri mövcuddur. Tərəfimizdən ixrac əməliyyatlarının həyata keçirilməsi məhsullarımızın keyfiyyətli olmasının başlıca göstəricisidir.

Kercom MMC ölkəmizin ixrac potensialının genişləndirilməsi məqsədilə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edir. Qeyd edək ki, brendimiz “East Invest-2”, “Ready to Export”, “4th Eastern Partnership Business Forum” layihələrində, həmçinin “Gulfood – 2017”, “International Green Week – 2017”, XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan”, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və “ANUGA” Beynəlxalq Qida sərgilərində böyük maraqla qarşılanmışdır.

Şirkətimiz  İqtisadiyyat Nazirliyinin təşkilatçılığı  ilə keçirilən “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı – 2018” adlı tədbirdə “Uğurlu Kiçik Biznes Brendi” nominasiyasına layiq görülmüşdür.